bakida-maaslar-artib

Bakıda maaşlar artıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-aprel aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 944,6 manat olub. Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 5,9 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Bakıda orta aylıq nominal əməkhaqqı 5 faizə qədər artıb.