bakida-mescid-qaret-edildi

Bakıda məscid qarət edildi

Bakıda məsciddən pul oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 4-də R.Rüstəmov küçəsində yerləşən məsciddən 910 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Lenta.az