“Baku Caspian Hospital” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.
İnsider.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə elan yerləşdirilib.
Bildirilib ki, “Baku Caspian Hospital” ASC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Baku Caspian Hospital” əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olub.
Sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına verilib və mərkəzi xəstəxana kimi fəaliyyətini davam etdirib.
Daha sonra xəstəxana “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədilə yaradılıb.