Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarının ilkin məlumatlarına əsasən, işçilərin orta aylıq nominal əməkhaqqı 927,1 manat olub.
Qeyd edilib ki, əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 9,4 faiz azalıb.