Ötən həftə ilə müqayisədə sərnişin axınında artım müşahidə olunur.
İnsider.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, avqustun 11-nə 1 mln 646,8 min arasında dəyişən gündəlik sərnişin səfər sayı avqustun 18-nə 6% artaraq 1 741 456-a çatıb.
Qeyd edək ki, sərnişin tələbatını qarşılamaq üçün 153-ü müntəzəm, 12-si ekspres xətt olmaqla ümumilikdə sərnişindaşımalarına 2 200 avtobus çıxarılıb. Bu da xəttə çıxarılan marşrutlar üzrə maksimal göstərici hesab olunur.