bakida-torpaq-surusmesi-bu-erazileri-susuz-qoydu

Bakıda torpaq sürüşməsi bu əraziləri susuz qoydu

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub. 

Bununla baölı İnsider.az-a “Azərsu” ASC-dən məlumat verilibş

Bildirilib ki, həmin ərazidən keçən  500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıx qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. 

Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.