Bakıda xəstəxanadan oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən hospitalın həyətindən 5 180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.