Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 38 kvadratmetr olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.