Milli Məclisin binasına ziyan vuranların kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.
İnsider.az xəbər verir ki, həmin şəxslər artıq saxlanılıblar.
Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.
Qafqazinfo