bakinin-bir-sira-rayonlarinda-qaz-olmayacaq

Bakının bir sıra rayonlarında qaz olmayacaq

Bu gün Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 11-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahimpaşa Dadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

09:22

Bu gün Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Quba" Qaz paylayıcı stansiyasından (QPS) qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Oxu.Az