bakinin-bu-qesebesinde-qaz-kesilib

Bakının bu qəsəbəsində qaz kəsilib

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. 

İnsider.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. 

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz təchizatında fasilələr tətbiq olunacaq.