Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Suraxanı rayonunun Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnsider.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat yayılıb.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.