Bakının bir qəsəbəsində içməli suyun verilişində məhdudiyyətlər yaranacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.