Təmir işləri ilə əlaqədar Bakının Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq.
İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq. Alternativ olaraq, sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar Babayev, 22-ci Dağlıq və Hüseyn Seyidzadə küçələrindən istifadə edə bilərlər.