baliqartirma-zavodlari-ozellesdirmeye-cixarilir

Balıqartırma zavodları özəlləşdirməyə çıxarılır

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə çıxarılacaq".

İnsider.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.

"Artıq bununla bağlı Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ilə müzakirələr aparılır. Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər", deyə İ.İbrahimova əlavə edib.

©Report