Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.
İnsider.az xəbər verir ki, bu barədə Unibankdan bildirilib.
Qeyd edək ki, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.
Qeyd edək ki, 25 Dekabr 2019-cu il tarixində “Unibank Kommersiya Bankı” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Marja