bank-respublika-2020-ci-ildeki-hedeflerine-ugurla-catib

“Bank Respublika” 2020-ci ildəki hədəflərinə uğurla çatıb

Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” ASC 2020-ci ildəki fəaliyyət nəticələrini elan edib. Xarici çağırışlara baxmayaraq, Bank yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.

1 yanvar 2021-ci il tarixinə “Bank Respublika”nın aktivləri 1,03 milyard manat təşkil edib ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini qoruyub saxlamağa imkan verib. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, bankın məcmu kapitalı 7% artaraq 83,9 milyon manat olub və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələyib. I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,19%, məcmu kapitalın adekvatlıq əmsalı isə 16,73% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,9 dəfə çoxdur. Bundan əlavə, bankın kapitalından istifadənin effektivliyini əks etdirən maliyyə levereci əmsalı 5,8% təşkil edib ki, bu da normadan 1,5 dəfə çoxdur.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank 2020-ci ildə müsbət dinamikanı davam etdirə bilib və ilin sonunda onun xalis mənfəəti 6,02 milyon manat təşkil edib. 2019-cu ilə nisbətən xalis faiz gəliri 10%-dən çox artaraq 45,5 milyon manata çatıb. 12 ay ərzində Bankın verdiyi kreditlərin ümumi məbləği 369 milyon manatdan çox olub ki, bunun da əsas hissəsi real sektorun dəstəklənməsinə yönəldilib.

2020-ci ildə Bank uğurla bank sistemini yeniləyərək yeni çevik bir mikroservis arxitekturasına keçib, bu isə, bankın bazarın aktual tələblərinə daha sürətli cavab verməsini təmin edib.

Bankın etibarlı və səmərəli fəaliyyətinin nəticəsi olaraq, “Moody's” beynəlxalq reytinq agentliyi, bankın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 səviyyəsində təsdiqləyib. Bu reytinq isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Bundan əlavə, “Bank of New York Mellon”un beynəlxalq bazarda qüsursuz nüfuzuna əsaslanaraq ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi.

“2020-ci il tarixdə Azərbaycan xalqı üçün ən parlaq və yaddaqalan il olaraq qalacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu. Əminəm ki, bu qələbə ölkənin inkişafı yolunda bütün sahələrdə daha da böyük uğurların qazanılmasını təmin edəcək.

Qlobal pandemiyanın mənfi nəticələrinə baxmayaraq, “Bank Respublika” zamanında bütün qabaqlayıcı tədbirləri gördü və hədəflərinə çatdı. Bank yüksək nəticələri məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı sayəsində əldə edib. Mən istərdim dəstəklərinə görə həm yerli, həm də xarici səhmdarlarımıza, eləcə də, yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirim. Həmçinin, bankın müştərilərinə və tərəfdaşlarına göstərdikləri etimada görə təşəkkür edir və 2021-ci ildə uğurlar arzulayıram!"- deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz