bank-respublika-aciq-bankciliq-uzre-ilk-hackathon-nun-qaliblerini-elan-etdi

Bank Respublika açıq bankçılıq üzrə İLK HACKATHON-nun qaliblərini elan etdi!

İnformasiya texnologiyalarının inkişafına ayrıdığı böyük diqqətlə seçilən “Bank Respublika”nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakaton keçirildi.

“Quantomania” adlı yarışmasının əsas məqsədləri proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaratmaq və ölkəmizdə açıq bankçılıq imkanlarının tədbiqinə təkan verməkdir.

Yarışmaya qatılmaq üçün 40-a yaxın komanda müraciət etmiş və testlərin nəticəsində 8 ən istedadlı və innovativ komanda finala çıxmışdır. 5-7 avqust tarixlərində baş tutmuş növbəti mərhələdə isə finalçılar 50 saat davam edən yarışmasında iştirak etmiş və münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək Hackaton-nun 5 qalibi müəyyən olunmuşdur. Münsiflər heyətinin tərkibini ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech, təhsil sahəsi və özəl şirkətlərin rəhbərləri təşkil etmişdilər.

Hackatonda 1-ci yeri “Fuzzy Logic” komandası, 2-ci yeri  “Enigma” komandası, 3-cü yeri “DataMass” komandası qazandılra. Həmçinin, “2+3 Found Now” və “Evolution” komandaları müvafiq olaraq 4-cü və 5 yerləri bölüşdülər.

Qeyd edək ki, ən yüksək nəticə göstərən komanda 5.000 AZN, 2-ci yerin qalib komandası 2.500 AZN, 3-cü yerin qalib komandsı 1.500 AZN, 4-cü və 5-ci yerin qalib komandaları hər biri 500 AZN dəyərində pul mükafatı qazandılar.

Bank Respublika bütün qalib komandaları təbrik edir və işlərində uğurlar arzulayır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.