bank-respublika-asc-nin-istiqrazlarinin-yerlesdirilmesi-uzre-herrac-yekunlasdi

"Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşdı

Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004002880 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərac yekunlaşıb. 

Hərrac 18 fevral 2022-ci il tarixində yekunlaşan hərracda 8 investor tərəfindən qiymət intervalı 991.04  AZN (8.9995%) və 1000.00 AZN (8.5%) manat olan 8 sifariş təqdim edilib.

İnsider.az xəbər verir ki, istiqrazların nominal dəyəri 1000.00 AZN (illik faiz dərəcəsi8.5%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 18.02.2024-cü ildir.

İstiqrazın illik faiz dərəcəsi 8.5 %, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödəniləcəkdir.

Yerləşdirmə üzrə anderrayter "Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.