bank-respublika-cebheyani-rayonlarda-fermer-teserrufatlarinin-yaradilmasina-destek-oldu

Bank Respublika cəbhəyanı rayonlarda fermer təsərrüfatlarının yaradılmasına dəstək oldu!

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən, ölkənin aparıcı banklarından olan Bank Respublika, ölkəmizin cəbhəyanı rayonlarında yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.

Bu dəfə Bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Tovuz, Ağdam və Tərtər rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərlə, aztəminatlı ailələrlə, məcburi köçkünlərlə görüşərək, onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank tərəfindən cəbhəyanı bölgələrin sakinlərinə heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə qoyun, quzu, inək və yem təqdim olunub. Sakinlər şəxsi biznes, yəni daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Bankdan verilən məlumata əsasən, ilin əvvəlindən etibarən  Bank tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində görülən tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.