bank-respublika-da-emanetler-daha-etibrali-ve-serfeli-olacaq

“Bank Respublika”da əmanətlər daha etibralı və sərfəli olacaq!

Vəsaitlərini #dahaetibarlı və daha yüksək faiz təklif edən banka yerləşdirmək istəyənlər üçün sərfəli təklif var!

Ölkəmizin ən etibarlı banklarından biri olan Bank Respublika, qarşıdan gələn Novruz bayramı münasibətilə “NOVRUZ BONUSU” adlı depozit kampaniyasına start verir. 
Belə ki, 31 mart 2020-ci il tarixinədək vəsaitlərini “Bank Respublika”da yerləşdirən və müddətin sonunda götürən müştərilərə əlavə +1%-dək BONUS hədiyyə ediləcək! 
Qeyd edək ki, Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Bundan başqa “Bank Respublika”ya depozit yatırmaqla Siz nağd pula ehtiyacınız yarandığı zaman bankdan aşağı faizlə kredit də əldə edə biləcəksiniz.
Baharın gəlişi ilə vəsaitlərinizi etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyirsinizsə bu fürsəti əldən verməyin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.