bank-respublika-en-seffaf-bank-secildi

Bank Respublika ən şəffaf bank seçildi

"Bank Respublika" mikromaliyyə sektorunda nümayiş etdirdiyi şəffaflığa görə, mükafata layiq görülüb. 

Bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.

Tədbir çərçivəsində mikromaliyyə sektorunda informasiya xidmətlərinin aparıcı təchizatçısı "Microfinance Information Exchange" (MIX), "Bank Respublika"nı şəffaflıq prinsiplərinə tam əməl etdiyinə görə yenidən "Dörd Brilyant" mükafatına layiq gördü.  

Mükafat Bankın Aqro və mikrokreditdər departamentinin rəhbəri Tural Səlimova təqdim olunub.