bank-respublika-istiqrazlarinin-yerlesdirileceyi-tarix-aciqlandi

“Bank Respublika” istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlandı

2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, 10 iyun 2022-ci il tarixində “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. 

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5 min ədəd, hər birinin nominal qiyməti 1000 manat, illik faiz dərəcəsi 8,5%, tədavül müddəti 3 il və kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.