bank-respublika-musterileri-oz-hesablarini-epul-platformasinda-izleye-bilecek-azerbaycanda-bir-ilk

Bank Respublika müştəriləri öz hesablarını EPUL platformasında izləyə biləcək - AZƏRBAYCANDA BİR İLK

Ölkəmizdə rəqəmsal bankçılığın inkişafına böyük diqqət ayıran Bank Respublika, EPUL onlayn xidmətlər platforması ilə birgə fintex sahəsində növbəti bir ilkə imza atıb.

Artıq Bank Respublika müştəriləri E-Pul.az platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanına malik olacaqlar. Bu layihə vasitəsi ilə Bank Respublika müştəriləri bank olmayan platforma ilə tam təhlükəsiz öz hesabları haqda məlumat ala biləcəklər. Yaxın gələcəkdə isə hətta  hesabı idarə etmək də mümkün olacaq.

“Müasir dövrün tələblərinə uyğun təqdim edilən Open Banking platforması maliyyə xidmətlərinin əlçatanlığı istiqamətində hazırlanan müstəsna bir layihədir. Bizim başladığımız  bu layihənin yaxın  gələcəkdə  ölkəmizdə də geniş tətbiq olunacağına əminik. Azərbaycan Mərkəzi Bankı da bu sahənin inkişafına xüsusi dəstək verir. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək rəqəmsal transformasiya prosesində həlledici mərhələ olacaqdır” – deyə Bank Respublikanın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.

“Texniki tərəqqinin nailiyyətlərinə əsasən rəqəmsal bankçılığın inkişafı diqqət mərkəzindədir. “PAYSİS”MMC Bank Respublikanın Open Banking platformasının təqdiminin əhali üçün səmərəli olması ilə bərabər daha da inkişaf etməsi istiqamətində müştərək işlərini davam  etdirməkdədir. Atdığımız hər bir addım və təqdim edilən yeniliklər onlayn ödənişlərin artırılması və daha rahat olmasına xidmət edir. 450 mindən çox istifadəçisi olan bir platforma yalnız və yalnız inkişaf, keyfiyyət naminə çalışmaqdadır” – deyə şirkətin direktoru Samir Nasibov vurğulamışdır.

E-Pul.az-ın yaradıcısı olan “PAYSİS” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal,  mobil,  sığorta, bank, internet, YDM və digər ödənişləri, eləcə  də müxtəlif  məhsulların alışını təmin edir.

Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.