Mayın 20-də, saat 11:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2020-ci il üçün kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi, ötənilki mənfəətinin bölüşdürülməsi, Bankın Müşahidə Şurasının tərkibinin təsdiq olunması məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.
Report