Sahibkarlıq fəaliyyətilə məşğulsunuz və vergi məsələləri ilə bağlı sullarınıza cavab axtarırsınız? Hesabatların hazırlanmasında çətinlik çəkirsiniz? Əgər Siz “Bank Respublika”nın müştərisinizsə, narahat olmağa dəyməz!
Çünki, ölkəmizdə sahibkarlığın inkişafına böyük töhfə verən Bank Respublika, yeni qeyri-maliyyə xidməti ilə iş adamlarına dəstək olacaq. Belə ki, bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərilərini vergi sahəsində maarifləndirmək məqsədilə PULSUZ - “Vergi konsultantı” xidmətini təqdim etdi.
Artıq, Bankın müştərisi olan sahibkarlar “Bank Respublika”nın 144 - Çağrı Mərkəzinə zəng edərək vergi məsələləri ilə bağlı bütün suallarına cavab tapa biləcək! Bundan başqa, Bankın peşəkar əməkdaşları tərəfindən iş adamlarına vergi hesabatlarının hazırlanmasında da təmənnasız dəstək göstəriləcək.
Bankdan verilən məlumata əsasən, sahibkarların maarifləndiirlməsi və təmənnasız olaraq qeyri-maliyyə xidmətlərinin göstərilməsi Bank Respublika üçün prioritet olan fəaliyyətlərdən biridir. Bank bundan sonra da davamlı olaraq müxtəlif layihələr həyata keçirərək, sahibkarlarla sadəcə müştəri münasibətləri deyil, eləcə də əsl partnyor münasibətləri qurmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.