Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan Bank Respublika, regionalarda filial şəbəkəsini genişləndirilməyə davam edir. Belə ki, Bank Ağcabədi şəhərində özünün 32-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin rəhbərliyi ölkənin aparıcı bankından biri olan “Bank Respublika”nın Ağcabədidə filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün məqamlar nəzərə alınıb. Yeni filial – Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərəcək.
“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 29 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.