bank-respublika-ozunumesgulluq-proqrami-cercivesinde-sehid-ailelerine-ve-qazilere-destek-oldu

Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələrinə və qazilərə dəstək oldu!

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Zəfər Günü ərəfəsində həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində başladığı tədbirləri uğurla başa vurub.

Bank, 44 günlük Vətən müharibəsi zamanı canlarını Vətənə sipər edib bayrağımızı zirvələrdə dalğalandıran Zəfər günümüzün səbəbkarları olan sosial müdafiəyə xüsusi ehtiyacı olan 20 şəhid ailəsinə və qaziyə dəstək olub. Bərdə, Tərtər, Quba, Qəbələ, İsmayıllı, Zaqatala və Mingəçevirdə həyata keçirilən layihə çərçivəsində şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları heyvandarlıq təsərrüfatlarının qurulması üçün əvəzsiz olaraq mal-qara və yemlə təmin olunub.

Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-ə yaxın işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.