bank-respublika-uber-in-azerbaycandaki-terefdasi-oldu

Bank Respublika “Uber”in Azərbaycandakı tərəfdaşı oldu

Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika və Uber əməkdaşlığa başlayıblar. Bu saziş Uberin ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.

Əməkdaşlıq sayəsində Uber istifadəçiləri taksi xidmətindən daha sərfəli qiymətlərlə istifadə edə biləcək , Uber-ə qoşulan sürücülər daha sərfəli maliyyə həlləri əldə edəcəklər.

“Biz, ölkəmizdə də çox məşhur dünya  brendi olan Uber taksi xidməti ilə əməkdaşdığa başlamaqdan məmnunuq. “Bank Respublika”nın maliyyə həlləri nəticəsində həm istifadəçilər, həm də Uber xidmətinin sifarişlərini yerinə yetirən sürücülər qazanacaq " - deyə, bankın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.