bank-vtb-azerbaycan-2023-cu-ilin-iv-rubu-uzre-maliyye-neticelerini-aciqlayib

Bank VTB (Azərbaycan) 2023-cü ilin IV rübü üzrə maliyyə nəticələrini açıqlayıb

31 dekabr 2023-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın aktivləri 249,9 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin seyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Bank hesabat dövrünü 10,608 milyon manat xalis mənfəətlə başa vurub.

VTB-nin kredit portfeli 17,1% artmaqla 187,12 mln manata çatıb. Həmçinin pərakəndə kreditləşmənin həcmi 6,2%, biznes kreditləri 28,6% artıb, ipoteka kreditləşməsinin artımı isə 22%-ə çatıb.

Hesabat dövrünün sonuna Bankın kapital gəlirliliyi (ROE) 15,29%, aktivlərin gəlirliliyi (ROA) isə 5,48% təşkil edib.

2023-cü ilin sonuna VTB-nin faiz gəlirləri 8,15%, xalis faiz mənfəəti isə 16,1% artıb. 31 dekabr tarixinə Bankın kapitalı 91,055 milyon manat olmaqla, illik ifadədə 13,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 82% üstələyib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az/ rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.