bank-vtb-azerbaycan-azerbaycan-rusiya-hokumetlerarasi-komissiyanin-iclasinda-istirak-edib

Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edib 

9 dekabr 2019-cu ildə bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında iştirak edib. 

İclas Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə həyata keçirilib. Tərəflər energetika, logistika, informasiya texnologiyaları, kiçik və orta sahibkarlıq sahəsində iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib.

İclas çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bir sıra görüşlər keçirib. Nəticədə Azərbaycan ipoteka və kredit zəmanəti fondu ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı fondu ilə əməkdaşlığın başlanmasına dair razılıq əldə olunub.