Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında iştirak edib. Görüş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiyanın Federal məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sədrliyi ilə Moskvada keçirilən 10-cu Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində baş tutub.
İclas Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə həyata keçirilib. İqtisadiyyatın qida, kənd təsərrüfatı, sənaye, turizm və maliyyə kimi sahələrini təmsil edən iki ölkənin sahibkarları işgüzar əlaqələrin inkişaf imkanlarını müzakirə edib. İclas çərçivəsində Yevgeni Kirin biznes nümayəndələri ilə bir sıra görüşlər keçirib.
VTB (Azərbaycan) iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal iş görür. Bu məqsədlə sahibkarlara sərfəli şərtlərlə məhsul və xidmətlər təklif edir, bununla da onlara öz bizneslərini inkişaf etdirmək üçün geniş imkanlar yaradır.