bank-vtb-azerbaycan-da-biznes-kreditleri-portfeli-daha-cox-artib

"Bank VTB Azərbaycan"da biznes kreditləri portfeli daha çox artıb

2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank VTB Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 24 milyon 485 min manat və ya 15,3% artaraq 184 milyon 260 min manata yüksəlib. 

İstehlak kreditləri portfeli 5 milyon 413 min manat artaraq 75 milyon 846 min manata, biznes kreditləri portfeli 11 milyon 311 min manat artaraq 61 milyon 497 min manata, ipoteka kreditləri portfeli 7 milyon 761 min manat artaraq 46 milyon 917 min manata qalxıb.