“Bank VTB Azərbaycan” 2019-cu ilin 1-ci rübünün hesabat iclasını keçirib.
İnsider.az xəbər verir ki, iclasda çıxış edən “Bank VTB Azərbaycan”ın idarə heyətinin sədri Yevgeni Kirin bankın bu ilin ilk rübü üçün mənfəətinin 1,5 mln manat olduğunu bildirib. Onun sözlərinə görə, 31 mart 2019-cu il tarixinə bankın faiz gəlirləri 2 mln. manat, xərcləri isə 1,7 mln. manat təşkil edib.
O, bankın likvidlik əmsalında olan faiz əmsalının normativi üstələdiyini, bankın kapital adekvatlıq əmsalının yüksəldiyini bidirib. "Bank VTB Azərbaycan”ın aktivləri təxminən 11% artıb və 151,5 mln manat olub"- deyə, vurğulanıb.
Həmçinin, kart hesablarının da artaraq 11,81 min manat olduğu deyilib.
Bank Cash İn funksiyalı bankomatların istismara verildiyi haqda da məlumat nəzərə çatdırılıb.
Y.Kirin yeni bir kartın – "Mir" kartının hazılandığından da danışıb.