Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Rusiya Federasiyasının Azərbaycandakı nümayəndəsi Ruslan Mirsayapovla görüşüb. Görüş zamanı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də VTB (Azərbaycan)-ın iki ölkə biznesinə dəstək imkanları müzakirə olunub.
Bank VTB (Azərbaycan) iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal iş həyata keçirir. Bu məqsədlə sahibkarlara sərfəli şərtlərlə məhsul və xidmətlər təklif edir, və bununla da onlara bizneslərini genişləndirməyə imkan yaradır.