Bank VTB (Azərbaycan)-ın MasterCard ödəniş kartının sahibi Bravo supermarketlər şəbəkəsində nağdsız alış-veriş edənlər arasında keçirilən lotereyanın qalibi olub. Qalib, İsmayılova Naidə hədiyyə qismində iPhone XS telefonunu qazanıb.
Lotereya alıcılar arasında hər ay keçirilir. Bravo supermarketlər şəbəkəsində MasterCard ödəniş sisteminin kartı ilə ödəniş edən istənilən şəxs lotereyada iştirak edə bilər. Hər nağdsız ödəniş lotereyada qazanmaq şansını artırır. Alış-verış zamanı ödəniş təmassız texnologiya vasitəsilə həyata keçirildikdə qalib olmaq şansı 10 dəfə artır. Oyunda əsas mükafat Lexus UX avtomobili və ya iPhone XS telefonudur. Lotereya 21 yanvar 2021-ci ilədək davam edəcək. Stimullaşdırıcı lotereya haqqında əlavə məlumatı linkə keçid edərək əldə etmək mümkündür.