bank-vtb-azerbaycan-islek-kredit-portfelini-15-den-cox-artirib

Bank VTB (Azərbaycan) işlək kredit portfelini 15%-dən çox artırıb

2020-ci ilin birinci yarımilliyinin nəticələrinə görə bank VTB (Azərbaycan)-ın işlək kredit portfeli 15,1% artıb və 82,7 mln manata çatıb. Maliyyə təşkilatının aktivləri ilin əvvəlindən 7% artaraq 168 mln manatı keçib.

İlin əvvəlindən fiziki şəxslərin kredit portfeli 11,7% artaraq 34,4 mln manat təşkil edib. Artım ipoteka, nağd kredit, eləcə də kredit kartlarının verilməsi hesabına baş verib. Kredit portfelinin böyük hissəsi ipotekanın payına düşür. Birinci yarımilliyin nəticələrinə görə, bankın ipoteka portfeli 14% artaraq 18,4 mln manata çatıb.

Hesabat dövrü ərzində bank VTB (Azərbaycan) hüquqi şəxslərin kredit portfelini 17,7% artıraraq 48,3 mln manata çatdırıb.

Bankın depozit portfeli təxminən 5% artıb və 73,7 mln manat təşkil edib. Depozit portfelinin yarısından çoxu hüquqi şəxslərin və maliyyə təşkilatlarının vəsaitlərinin payına düşür. İlin əvvəlindən bu,15% artaraq 40,3 mln manat olub. Fiziki şəxslərin depozitləri 33,4 mln manat təşkil edib.

Birinci yarımillikdə bank 1,5 mln manat məbləğində xalis mənfəət qazanıb. Faiz gəliri 4,1 mln manat, qeyri-faiz gəliri  1,3 mln manat təşkil edib. Bankın məcmu kapitalı 59,5 mln manata çatıb. Məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə cavab verərək müvafiq olaraq 47,1%  və 44,97% təşkil edib.

“COVİD-19 pandemiyasının əhalinin və şirkətlərin fəallığına təsir göstərdiyinə  baxmayaraq, ikinci rübdə bankın əsas göstəricilər üzrə stabil artımı davam edib. Reallaşdırdığımız texnoloji transformasiya karantin rejimi dövründə də müştərilərimizi keyfiyyətli xidmətlə təmin etməyə imkan verdi. Biz Azərbaycan əhalisi üçün maliyyə alətlərinin əlçatanlığını artırmağa istiqamətlənmiş yeni rəqəmsal xidmətləri tətbiq etməyə davam edirik,” – deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

Hesabat dövrü ərzində bank kredit müraciətlərinə baxılması və rəsmiləşdirilməsi prosesini optimallaşdırıb və avtomatlaşdırıb. Nəticədə qərar qəbul edilməsi və  fiziki şəxslərə kredit verilməsini sürətləndirmək mümkün olub.

İyulda bank VTB (Azərbaycan) Facebook-da kreditin məsafəli rəsmiləşdirilməsi üzrə yeni xidmət işə salıb, analoji servisin WhatsApp platformasında da işə salınması bankın planlarındadır. Bundan başqa, NFC texnologiyası əsasında təmassız ödəniş xidmətinin tətbiqi üzrə iş aparılır.