bank-vtb-azerbaycan-kreditler-uzre-faiz-derecesini-endirdi

Bank VTB (Azərbaycan) kreditlər üzrə faiz dərəcəsini endirdi

Bank VTB (Azərbaycan) Respublika gününə münasibətilə keçirdiyi aksiya çərçivəsində “Nağd kredit” və “Refinans” məhsulları üzrə faiz dərəcələrini kredit müddətindən asılı olmayaraq 16,9%-ə endirdi. Əvvəl bu göstərici müddətdən asılı olaraq 18-23% təşkil edirdi. Kampaniya ərzində kredit komissiyasız təklif edilir.

Bu təklifdən yaralanmaq üçün bankın məsafəli xidmətləri – korporativ sayt, Facebook və WhatsApp mesencerlərindəki çat-bank Direct, eləcə də 986 qısa nömrəli Çağrı mərkəzi vasitəsilə kredit üzrə müraciət etmək lazımdır.   

“Nağd kredit” və “Refinans” məhsulları 60 ay müddətinə manatla verilir. Kreditin məbləği 300-20000 manat təşkil edir. “Refinans” krediti müxtəlif banklarda krediti olan müştərilər üçün nəzərdə tutulub. Onlar mövcud olan borcunu bir kreditdə birləşdirə və faiz dərəcəsini azalda bilərlər. Bu məhsulun üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir.

Bankın məhsulları barədə ətraflı məlumatı korporativ saytdan əldə etmək mümkündür.