bank-vtb-azerbaycan-qelebe-gunu-munasibeti-ile-veteranlari-tebrik-edib

Bank VTB (Azərbaycan) Qələbə Günü münasibəti ilə veteranları təbrik edib

Bank VTB (Azərbaycan) Böyük Vətən Müharibəsi veteranlarını və Leninqad mühasirəsi iştirakçılarını Qələbənin 75-illiyi münasibəti ilə təbrik edib və onlara maddi dəstək göstərib. Belə ki, bankın əməkdaşları Azərbaycandakı Rus icmasının nümayəndələri ilə birlikdə 30-dan çox veteranı ziyarət edib. 

“Veteranlara qayğı və diqqət bankımızın sosial siyasətinin prioritetlərindən biridir. Biz, Böyük Vətən Müharibəsi iştiakçılarının nümayiş etdirdikləri cəsarət və fədakarlıqlarına görə onların hər birinə borcluyuq.Onların  qəhrəmanlığı daim yaddaşlarda yaşayacaq və bundan sonra da nəsldən nəslə ötürüləcəkdir.

Mən səmimi qəlbdən hər kəsi Böyük Qələbə münasibəti ilə təbrik edirəm! Bizim çoxmillətli xalqımızın, ata-babalarımızın qəhrəmanlıq şücaəti bizim və övladlarımızın yaddaşında əbədi qalmalıdır.

Həlak olanların xatirəsini yad etmək, Böyük Vətən müharibəsi iştirakçılarını və veteranlarını diqqət və qayğı ilə əhatə etmək bizim borcumuzdur. Cəsur qəhrəmanların bizə bəxş etdiyi sülh daimi olsun. Arzu edirəm ki, tarixin bu parçası bir daha təkrarlanmasın və gələcək nəsillər müharibənin dəhşətlərini yaşamasın. Əziz veteranlar, qarşınızda baş əyir və igidlik və mətinliyinizlə qazandığınız qələbə üçün sizə təşəkkür edirəm!” – deyə bank  VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.