bank-vtb-de-azerbaycan-elektron-notariat-kabinesi-yaradilmisdir

Bank VTB-də (Azərbaycan) “Elektron notariat” kabinəsi yaradılmışdır

VTB (Azərbaycan) öz müştərilərinə yerində notariat xidmətlərindən yararlanmağı təklif edir. İndi bank əməliyyatlarının icrası zamanı notariat qaydasında təsdiqi tələb edilən sənədlər üçün notariat ofislərinə müraciət etməyə ehtiyac yoxdur. Belə ki, bankın Xətai prospekti 38 ünvanında yerləşən müştəri xidmətləri mərkəzində sənədlərin elektron qaydada məsafədən rəsmiləşdirilməsinə imkan yaradan “Elektron notariat” kabinəsi istifadəyə verilmişdir. Burada etibarnamələrin, imza nümunələrinin, sənədlərin surətlərinin düzgünlüyünün, ipotekaya razılıq və sair ərizələrin notariat qaydasında təsdiq edilməsi üçün müştərilərin videomüraciətləri notariusa göndərilir. Təsdiq edilmiş sənədin etibarlılığını təmin etmək məqsədilə onun üzərində QR-kod və barkod yerləşdirilmişdir.

Yaxın gələcəkdə ipoteka və digər müqavilələrin də rəsmiləşdirilməsinin notariusla canlı video əlaqə vasitəsilə elektron kabinet üzərindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

“Bəzi bank əməliyyatları zamanı zəruri sənədlərn notariat qaydasında təsdiqi tələb edilir. Bunun üçün müştərilər notariat ofisinə getməli olurdular. İndi VTB (Azərbaycan)-ın müştəri xidmətləri mərkəzində təchiz olunmuş “Elektron notariat” kabinetində bir çox xidmətlərdən  “vahid pəncərə” sistemi ilə yararlanmaq mümkündür. Biz xidmətin imkanlarını genişləndirməyi və həmin kabinet vasitəsilə həmçinin ipoteka və digər müqavilələrin də məsafədən elektron qaydada bağlanılmasını planlaşdırırıq”- deyə, bank VTB (Azərbaycan)-ın Hüquq idarəsinin rəisi Əsgər Kərimov bildirib.