banklar-guclendirilmis-rejimde-isleyecek

Banklar gücləndirilmiş rejimdə işləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 12-13 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Insider.az xəbər verir ki, Palatadan verilən məlumata görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə (+99470 922-29-99) müraciət edilə bilər.