31 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 29,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 24 yanvar 2023-cü il və 26 yanvar 2023-cü il tarixlərində Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarında banklar tərəfindən sifariş təqdim edilməmişdi.
19 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların sifarişləri 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 8 valyuta hərracında banklara cəmi 188,6 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.
Marja