30 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 80,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 18 Mart 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 54,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 21 valyuta hərracında 1 milyard 479,9 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.