banklara-dollar-satildi-mebleg

Banklara dollar satıldı - MƏBLƏĞ

26 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərracda tələb 69,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 21 yanvar 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 67,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 7 valyuta hərracında 582,9 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Marja