banklara-dollar-satildi-valyuta-herraci

Banklara dollar satıldı - VALYUTA HƏRRACI

24 İyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 65,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 22 İyun 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb  61,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 44 valyuta hərracında banklara 2 milyard 691.22 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Marja