banklardan-12-milyard-dollar-borc-aldi

Banklardan 12 milyard dollar borc aldı

ABŞ-ın “Boeing” korporasiyası planlaşdırılan 10 milyard dollar əvəzinə banklardan 12 milyard dollar məbləğində kredit cəlb edib.

Xarici mətbuatın verdiyi məlumata görə, şirkət əlavə maliyyələşdirmə ilə əlaqədar banklarla danışıqlar aparıb. Nəticədə, “Boeing” korporasiyası “BoFa”, “Citigroup”, “JPMorgan Chase”, “Wells Fargo” və “Morgan Stanley” ilə kredit şəklində olan maliyyələşdirmənin iki il təxirə salınmış geri ödəmə müddəti uzatmaq şərti ilə uzanmasına nail olub.

Qeyd edək ki, “Boeing 737 MAX” təyyarələrinin istismara qaytarılması yenidən gecikir və bu da şirkətin xərclərini artıra bilər. Bununla yanaşı, ötən həftə üzə çıxan proqram təminatı ilə bağlı problemi həll etmək üçün də vəsait lazım olacaq.

© APA