banklarin-merkezi-banka-olan-borclari-daha-da-azalib

Bankların Mərkəzi Banka olan borcları daha da azalıb

2019-cu ilin 7 ayı ərzində kommersiya bankları Mərkəzi Banka olan borclarını 224 milyon manat, İyul ayında isə 47 milyon manat azaldıblar. Cəmi borc 31 İyul 2019-cu il tarixində 160,7 milyon manat təşkil edib.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, Mərkəzi Bankın banklara qarşı tələbləri 31 Dekabr 2018-ci il tarixində 384.7 milyon manat, 30 İyun 2019-cu il tarixində isə 207.7 milyon manat təşkil edirdi.

2018-ci ilin İyul ayının sonu ilə müqayisədə Mərkəzi Bankın banklara qarşı tələbləri 258,9 milyon manat azalıb.

Müştərilərə verilən kreditlərin 13 milyard 342 milyon manata çatdığını nəzərə alsaq, bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payı çox aşağıdır.

© Marja