bas-nazirden-ada-universiteti-ile-bagli-qerar

Baş nazirdən ADA Universiteti ilə bağlı QƏRAR

"Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə" bölmə əlavə edilib.

Bölməyə ADA Universiteti daxil edilib.