bas-nazirden-koronavirusla-mubarize-aparan-tibb-iscilerinin-maaslari-ile-bagli-qerar

Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçilərinin maaşları ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. 

İnsider.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Qərara əsasən, mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi iyulun 1-dək davam edəcək.

Qeyd edək ki, 2020-ci il 18 mart tarixli 1947 nömrəli sərəncamda bu müddət iyunun 1-dək göstərilmişdi.