bas-prokuror-kamran-eliyevden-yeni-teyinat

Baş prokuror Kamran Əliyevdən yeni TƏYİNAT

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub.

İnsider.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Həmin əmrə əsasən, Neftçala rayon prokuroru vəzifəsinin icrası Nəsif Nəcəfova həvalə edilib.

Bu təyinata qədər N.Nəcəfov Gəncə şəhər prokurorunun müavini vəzifəsində çalışıb.